Biz Kristian Hornerin kitabından bəzi hekayələri təqdim etmişdik. Xüsusən də, Horner Markonu komandanın məxfi məlumatlarını mətbuata sızdırmaqda ittiham edib və bununla Ədrian Nyuini qəzəbləndirdiyini bildirib.
Hornerin Markoya qarşı daha bir iddiasının əsasında 2025-ci ilin yayında baş vermiş faciəli məqam dayanıb. Həmin vaxt Kristianın keçmiş həyat yoldaşı Beverli Allen vəfat edib, Helmut isə Red Bull-dan Hornerin uzaqlaşdırılması məsələsi ilə məşğul olduğuna görə başsağlığı verməyib.
Avstriyanın Krone nəşri Helmut Markodan keçmiş həmkarının ittihamlarına nə cavab verə biləcəyini soruşub. Gözlənildiyi kimi, Marko sözlərini seçib-seçməməyə xüsusi önəm verməyib.
“Bu o qədər səviyyəsiz yalanlar toplusudur ki, buna cavab verməyəcəyəm, – deyib Helmut Marko. – Mən yalnız bir iddianı şərh etmək istəyirəm. Onun keçmiş həyat yoldaşı Beverlinin ölümündən sonra başsağlığımı bildirmişəm”. Bu sözlərlə Marko telefonunu çıxarıb və Hornerə göndərdiyi mesajı göstərib.
“Və kitabın məhz Ditrix Mateşiçin ölüm ildönümündə satışa çıxması sadəcə biabırçılıqdır”, – deyə Helmut Marko fikrini yekunlaşdırıb.





