H.Marko: AlphaTauri-nin adı dəyişiləcək

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki. AlphaTauri komandası 2024-cü ildə başqa adla yarışacaq.

F-1.az Red Bull şirkəti Formula1-də iki komandaya sahibdir. Bunlardan əsas komandanın adı Red Bull Racing. İkinci komandanın adı isə Scuderia AlphaTauri-dir.

AlphaTauri əslində Red Bull şirkətinin geyim brendidir.

Lakin Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, gələn mövsüm AlphaTauri-nin adını dəyişəcəklər. O, komandanın yeni adını açıqlamasa da, bildirib ki, komandada vacib dəyişikliklər olacaq.

Helmut Marko: “2024-cü ildən etibarən AlphaTauri komandası Loren Mekis və Piter Bayer kimi iki lideri olacaq. Bundan başqa komandaya yeni sponsorlar gələcək və yeni ad olacaq.

İnkişaf üçün bir yön seçmişik. Bu müddətdə reqlamentin icazə verdiyi detalları Red Bull-dan götürəcəyik. Hər şeyi özünüzün istehsal etməsi doğru hal deyil”.

Heımut Marko bundan başqa bildirib ki, AlphaTauri-nin sürücü heyəti də dəyişiləcək: “Nəticələr və cəzalar əsəbpozucu olsa da, Yuki əla mövsüm keçirir. Ancaq ən vacibi maksimum sürətə sahib olmasıdır.

Nik De Frizə gəlsək, onun performansından razı deyilik və nə edəcəyimizi düşünürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*