Y. Tsunoda startda 10 yer itirəcək

Alphatauri komandasının sürücüsü Yuki Tsunoda yarışın startında 10 yer itirəcək.

F-1.az bildirir ki, yaponiyalı sürücü Niderland yarışında təkər probleminə görə bolidini saxlasa da, sonra yenidən pitə qayıdıb. Lakin o, boliddən düşməyə hazırlaşdığı üçün təhlükəsizlik kəmərini boşaldıb. Buna görə də stüardlar gənc sürücüyə xəbərdarlıq cəzası veriblər. Bu isə onun builki 5-ci xəbərdarlığıdır. Buna görə də o, yarışın startında 10 yer itirəcək.

Yuki Tsunoda: “Niderlandda xəbərdarlıq almaq xoş olmadı. Hadisələr mənim nəzarətimdə deyildi. Bundan başqa əksər xəbərdarlıqlar mövsümün ilk yarısında sərbəst yürüşlərdə gəlmişdi. Orada trafik fərqli olur. Bununla bağlı qayda da yoxdur. Stüardlar cəza verməyə bəhanə axtarırlar. Ən azından mövsümün ikinci yarısı üçün xəbərdarlıqları sıfırladıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*