Toto Volff: “Hər iki çempionatda qələbə qazanmağımız inanılmaz nailiyyət olub, qısa fasilə zamanı bu uğuru qeyd etmişik, indi isə işə qayıtmağın vaxtıdır – mövsüm hələ başa çatmayıb.
Məqsəd aydındır: Corcun sürücülər çempionatında mümkün qədər yüksək yeri tutmasına kömək etmək, maşının potensialını daha da üzə çıxarmaq və mövsümün sonunu uğurla keçirmək. Bu istiqamətdə hələ görüləsi çox işimiz var. Son üç yarış – öyrənmək və təkmilləşmək üçün daha üç imkandır.
Las Veqasdəki mərhələ təəccüblü dərəcədə sürətlə Formula 1-in ən böyük hadisələrindən birinə çevrilib. Bu, idmanımızın ABŞ-də populyarlığının artmasının əla nümunəsidir. Biz Veqasda qalib gəlməyin necə hiss olduğunu bilirik və bunu yenidən yaşamaq istərdik.
Bu həftəsonundan etibarən ADUO qaydalarına uyğun təkmilləşdirilmiş mühərrikin yeni versiyası bizim üçün əlçatan olub. Effektivlik baxımından nisbətən kiçik artım gözləyirik, hazırda əsas məsələ yeniliyin real yarış həftəsonu şəraitində yoxlanılmasıdır. Onu Kiminin maşınına quraşdıracağıq, Corca isə əvvəlki versiyanı saxlayacağıq ki, startda yer itkisi ilə nəticələnəcək cərimədən qaçaq, bunu kompensasiya etmək çətin olacaq.
Las Veqasdan sonra Yaxın Şərqə – Qətərə və Əbu Dabiyə yollanacağıq. Pərdəarxasında çox böyük iş görülüb, mövsümü qrafikə uyğun başa vurmaq imkanını təmin etdiklərinə görə Formula1 və FİA-nın əməyini qeyd etmək lazımdır. Biz həmişə bu regionda yarışmaqdan məmnunuq, burada bizə daim böyük dəstək göstərilir. Bu traslar qarşımıza tam fərqli tapşırıqlar qoyur, bu isə bizim üçün vacib təcrübədir”.





