Cadillac komandası Las Veqas üçün maşının rəng çalarını təqdim edib

Dünən Aston Martin və Williams komandaları Las Veqas Qran Prisi üçün maşınlarının rəng çalarını göstərib, bu gün isə onlara Cadillac qoşulub.

Bu, Amerika komandasının bu mövsüm nümayiş etdirdiyi artıq dördüncü xüsusi rəng çaları olub. Daha əvvəl Cadillac Mayami və Ostindəki ev mərhələləri, eləcə də Silverstounda Britaniya trasındakı yarış həftəsonu ABŞ-nin Müstəqillik Günü ilə eyni vaxta təsadüf etdiyi üçün maşının xüsusi rəng çalarlarını hazırlayıb.

Yeni rəng çalarının dizaynı Las Veqasdakı Strip bulvarının işıqlarından ilham alıb, şəhər trasın bir hissəsi məhz oradan keçir.

Cadillac-da bildiriblər ki, “müasir texnoloji üslubda hazırlanmış yarımşəffaf dizayn Formula1 komandasının sıfırdan qurulmasının arxasında nələrin dayandığını göstərmək məqsədi daşıyır. Bu, həm də insanların öz məqsədinə sadiqliyinə və bu irimiqyaslı layihəni mümkün edən Amerika ixtiraçılığına ehtiramdır”.