CoreWeave Aston Martin üçün süni intellekt əsaslı həllər təqdim edib. Xüsusən, sistem bütün 40 radiokanalındakı danışıqları deşifrə edib saxlayıb və mühəndislər deşifrə olunmuş mətnlərdə lazım olan məlumatı demək olar ki, real vaxt rejimində axtara biliblər.
Əməkdaşlığın daha bir istiqaməti isə maşının sazlamalarının seçimi olub. CoreWeave modelləri AI.R Tunnel-dən alınan məlumatları trasda toplanmış informasiya ilə tutuşdurub və bu, mühəndislərə sazlamalarda hansı dəyişikliklərin ilk növbədə sınaqdan keçirilməli olduğunu anlamağa kömək edib.
Aston Martin-in kommersiya direktoru Cefferson Slek: “Las Veqas bizə xüsusi rəng çaları vasitəsilə CoreWeave ilə əməkdaşlığı nümayiş etdirmək üçün əla imkan verir.
Ən maraqlısı pərdəarxasında baş verir – CoreWeave mühəndislərə radiodanışıqlarını, demək olar ki, real vaxt rejimində təhlil etməyə və aerodinamikanın inkişafı üçün yeni istiqamətlər tapmağa kömək edir. Söhbət texnologiyanın özü naminə texnologiyadan getmir – biz mütəxəssislərimizə alışılmış yanaşmalara yenidən baxmağa və yeni imkanlar tapmağa kömək edən alətlər vermək istəyirik”.





