Las Veqas-2026: İlkin hava proqnozu

Las Veqas Qran Prisi üçün ilkin proqnoz yarış həftəsonu günlərində quru və soyuq hava vəd edir.

Las Veqasda mərhələ gecə keçirilir və yerli vaxta görə cümə axşamından şənbəyə qədər baş tutacaq, lakin saat fərqinə görə Avropadakı izləyicilər üçün həftəsonu cümədən bazara qədər davam edəcək.

Yarış həftəsonunun hər üç günündə yağıntı gözlənilmir, amma axşam saatlarında havanın temperaturu 4-6 dərəcəyə qədər enəcək.

Ötən il Las Veqas Qran Prisinin təsnifat mərhələsindən başqa bütün sessiyaları quru trasda keçirilib.

,