Bəhreyn-2022: Həftəsonuna hava proqnozu

Mövsümün ilk yarışında hava qış testlərindəkinə nisbətən sərin olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü güclü külək əsəcək və qum fırtınası gözlənilir. Temperatur +22 dərəcəyə qədər qalxacam. Şənbə günü küləyin sürəti azalacaq, temperatur +24 dərəcəyə çatacaq. Həftəsonun ən isti günü isə bazar günüdür. Termometrlər +26 dərəcəni göstərəcək. Əsas seanslar isə havanın hərarətinin 18-20 dərəcə olacağı axşam saatlarında baş tutacaq.

Xatırladaq ki, keçən il buradakı bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*