Bəhreyn-2019: Birinci sərbəst yürüşlər

Bəhreyndə sıralanma turu və yarış süni işıqlar altında baş tutduğundan, yalnız ikinci məşqlər sazlanmalar və təkərlər üzərində çalışmaq üçün uyğundur. Digər iki sessiya isə aerodinamikanı yoxlamağa və yeni hissələri sınaqdan keçirməyə imkan verir.

F-1.az bildirir ki, Stroll sessiyanın əvvəlində trasdan çıxıb və bariyerlərə yüngülcə toxunub. Kanadalı sürücü boksa qayıdıb və mexaniklər başqa bir versiyasını yoxlamaq üçün maşının altlığını dəyişiblər. Ləns yarım saatdan sonra trasa qayıdıb.

Covinatsi ilə Hülkenberq arasındakı insidentdə alman sürücünün maşını zədələnib. Stüardlar heç bir cəzaya əl atmayıblar.

Protokollara Şarl Lekler başçılıq edib – 1:30.354. İkinci məşqlər Bakı vaxtı ilə 19:00-da start götürəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:30.354 20
2 5 Sebastyan Fettel Ferrari 1:30.617 + 0:00.263 21
3 77 Valtteri Bottas Mercedes AMG 1:31.328 + 0:00.974 26
4 44 Lyuis Həmilton Mercedes AMG 1:31.601 + 0:01.247 23
5 33 Maks Ferstappen Red Bull 1:31.673 + 0:01.319 21
6 10 Pyer Qasli Red Bull 1:31.815 + 0:01.461 17
7 55 Karlos Sayns McLaren 1:31.952 + 0:01.598 28
8 27 Niko Hülkenberq Renault 1:32.040 + 0:01.686 17
9 26 Daniil Kvyat Toro Rosso 1:32.339 + 0:01.985 24
10 7 Kimi Rəykkönen Alfa Romeo 1:32.385 + 0:02.031 23
11 3 Daniel Rikkardo Renault 1:32.401 + 0:02.047 19
12 20 Kevin Maqnussen Haas 1:32.602 + 0:02.248 21
13 23 Aleksander Elbon Toro Rosso 1:32.874 + 0:02.520 24
14 11 Serxio Peres Racing Point 1:32.885 + 0:02.531 20
15 4 Lanso Norris McLaren 1:32.945 + 0:02.591 29
16 99 Antonio Covinatsi Alfa Romeo 1:32.949 + 0:02.595 22
17 8 Roman Qrojan Haas 1:32.994 + 0:02.640 22
18 18 Ləns Stroll Racing Point 1:33.518 + 0:03.164 16
19 63 Corc Rassell Williams 1:34.188 + 0:03.834 26
20 88 Robert Kubitsa Williams 1:34.253 + 0:03.899 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*