Ş.Lekler: Gələn həftə çətin olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, uzun müddətdən sonra Formula1 bolidi sürməkdən həzz alıb.

F-1.az xatırladır ki, Ferrari dünən 2018-ci il bolidi SF71H ilə Mucelloda test edib. Gün ərzində sükan arxasına həm Fettel, həm də Lekler keçib.

Şarl Lekler: “Yenidən trasda sürmək gözəl idi. Bununçün darıxmışdım. Bu fasilədə virtual yarışlara qatılsam da, əsl maşını sürüb fiziki sürəti yenidən hiss etməli idim. Mucello kimi möhtəşəm trasda ilk dəfə idi ki, Formula1 bolidi sürürdüm. Bu gözəl günü unutmayacam. İndi mövsümə hazırlaşırıq və gələn həftədən işlər ciddiləşəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*