K.Sayns: Yaxın mübarizə olacaq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, İspaniyada onları çox yaxın mübarizə gözləyir.

F-1.az xatırladır ki, Ferrari İspaniyaya yeni paketlə gəlib və bu paketdən birinci Karlos Sasyns istifadə edib.

Karlos Sayns: “Yeni paketi sınadıq. Əlbəttə müqayisə çətindir. Şarl ardıcıl testlər edə bildi. Biz bolidi düzgün balansa gətirməyə çalışdıq.

Həftəsonunun qalanında yarış tempinə fokuslanmalıyıq. Tempi təkmilləşdirdiyimizə əmin olmalıyıq, çünki çətinlik çəkə bilərik. Buna fokuslanırıq.

Yarış çox yaxın olacaq. Cümə günü mübarizə çox yaxın idi. Amma rəqiblərimizin nə qədər yanacaq götürdüyünü bilmirik. Ancaq bəzi orta qrup komandaları zirvəyə yaxınlaşıblar. Burada da nəticələrim Monakodakı kimi olmasını gözləyirəm. Qrup bir-birinə yaxındır və sıx mübarizə olacaq.

Trasın yeni versiyası əyləncəli olsa da, fiziki cəhətdən sürücülərin işini çətinləşdirir. Bolidləri burada sürmək asan deyil. Yüksək sürətlər, dalğalanma bolidlər barədə bir söz deməyə imkan vermir. Ancaq bu çətin mübarizəni qəbul etmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*