N.Hülkenberq risk etməkdən qorxub

Renault komandasının sürücüsü Niko Hülkenberq trası süni formada islatmağın yaxşı ideya olmadığını və günəşli havanın trası tez qurutduğunu deyib.

F-1.az xatırladır ki, Pirelli birinci qış testlərinin son günündə yağış təkərlərinin üzərində işləyib. İtalyanlar trası süni formada isladaraq təkərlər haqqında məlumat toplamaq istəyiblər.

Hülkenberq bildirib ki, komandalarda ehtiyat hissə az olduğu üçün qəza riskindən qorunmaq istəyiblər: “Çox effektli deyildi, amma ən azından yoxladıq. Çox dövrə vura bilmədik, çünki trası islatmışdılar və tez qurudu. Normal təkərlərə tez qayıtdıq.

Bir dövrə yağış təkərləri ilə getdim və daha sonra keçid təkərləri ilə bolidin reaksiyasını görmək üçün bir dövrə vurdum. Hər şey yaxşı idi və sevindim.

Hələ bir söz demək çətindir və bu, komanda üçün riskli olar. Ehtiyat hissələrimiz çox azdır və bunu həmişə balanslaşdıra bilmərik. Süni sulandırmanın lazımi qədər olub-olmadığını tam yoxlaya bilmədik. Məncə, bunu yarış həftəsonunda daha rahat görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*