22 Sentyabr 2019, Bazar - 14:12

2017-ci ilin təkərləri iyul ayında test edilə bilər

2017-ci ilin təkərləri iyul ayında test edilə bilər

Müəllif: Elçin Zodorov, redaktor

11:12 - 28 May, 2016

2017-ci il təkərlərini test etmək üçün FİA-dan icazə alan Pirelli bu ayın əvvəllərində Maldonado və Vern ilə testlər etmişdi. Lakin əsl testlərin növbəti aylarda təşkil olunması planlaşdırılır.

F-1.az Auto Motor und Sport-a istinadən xəbər verir ki, testlər 2017-ci ilin təkərlərinin prototipləri ilə və növbəti ilin reqlamentlərinə uyğunlaşdırılmış bolidlərlə ediləcək.

2017-ci ilin təkərlərinin prototiplərini test edən ilk komanda Ferrari olacaq. Komanda 2015-ci il bolidini iyul ayında keçiriləcək Almaniya Qran Prisinə qədər 2017-ci ilin reqlamentinə uyğunlaşdıracaq. Pirelli Fyoranoda keçiriləcək testlərin 2 gün davam etməsini və əsas pilotların qatılmasını istəyir.

Digər komandalardan Red Bull avqust ayının ilk həftəsində Pol Rikar, Mercedes AMG isə avqustun sonunda Silverstoun və Barselona traslarında yeni təkərlərin prototiplərini sınaqdan keçirəcəklər.

Pirelli yarana biləcək problemlərə görə testləri yay fasiləsinin sonuna qədər yekunlaşdırmaq istəyir.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 590
Teqlər , , , ,
Paylaş

logo