M.İzola: Türkiyədə təkərləri işlətmək çətin olacaq

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Türkiyə yarışında təkərləri qorumaq çətin olacaq.

F-1.az xatırladır ki, italyanlar 9 ildən sonra təqvimə qayıdan Türkiyə Qran Prisinə C1, C2 və C3 tərkibləri gətirib. İstanbul Park trasının asfalt qatı yeni salınıb və asfaltın necə olacağı hələ də müəmmalıdır. Bundan başqa səkkizinci döngə də sağ ön təkər başda olmaqla bütün təkərlərə yük salır.

Mario İzola: “Türkiyə qeyri-adi 2020-ci il təqvimində yer alan başqa bir tras olacaq. Burada daha əvvəl yarışsaq da, yeni asfaltı tanımırıq. Buna görə də bizim üçün yeni tras sayılır. Türkiyədə təkərlərə çox güc düşdüyündən ən sərt tərkibləri gətirməyə qərar verdik.

İstanbul Park barədə danışarkən 8-ci döngənin də adını çəkməliyik. Asfaltayatma qüvvəsi yüksək olan yeni nəsil bolidlər bu döngəni maksimum sürətlə keçə biləcəklər. Buna görə də təkərlərə daha çox yük düşəcək. Təkərlər üçün çətin yarış olacaq. Təkərlərə yaxşı nəzarət etməlidirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*