McLaren də yeni bolidini onlayn rejimdə təqdim edəcək

McLaren komandası əzəli rəqibi Ferrari kimi, 2019-cu il bolidini onlayn rejimdə təqdim edəcək.

F-1.az xəbər verib ki, son podiumunu 2014-cü ildə qazanmış Britaniya komandası yeni bolidi olan MCL34-ü fevralın 14-də təqdim edəcək. Təqdimat Bakı saatı ilə 16:00-da başlayacaq və McLaren-in Youtube və Facebook hesablarından canlı yayımlanacaq.

Qeyd edək ki, Ferrari də fevralın 15-də keçirəcəyi təqdimatı sosial şəbəkələr üzərindən yayımlayacağını açıqlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*