S.Fettel: Problem var

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, boliddə düz getməyən şeylər var.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 10-cu yerdən başlayıb və yarış ərzində pis performans göstərib və finişə 10-cu yerdə çatıb.

Sebastyan Fettel: “Bolidi sürmək çox çətin idi. Özümə olan inamı tuta bilmədim və bunun səbəbini bilmirəm. Buna görə də problemi həll etməliyik. Əksər dövrələrdə çətinlik çəkirdim. Startdan finişə qədər belə davam etdi. Boliddə düzgün olmayan şeylər var.

Gərgin yarış deyildi. Amma şansım olmadı. Rəqiblərim məndən sürətli idi. Hamı məni ötürdü, çünki vəziyyətə nəzarət etmək çətin idi. Bolidi limitdə sürə bilmədiyim üçün fiziki cəhətdən problem yaşamadım. İndi isə problemləri həll etməli və növbəti yarışda daha güclü olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*