Oskar Piastri: “Elə bir mərhələyə gəlib çatmışıq ki, anladıq: bundan sonra hər birimiz üçün yollarımıza ayrı-ayrılıqda davam etmək daha yaxşı olacaq. Mark və Enn karyeram üçün çox böyük iş görüblər. Onlar mənim bu gün olduğum yerə çatmağıma kömək ediblər və adətən heç kimin görmədiyi pərdəarxası bütün işi üzərlərinə götürüblər. Hiss etdik ki, dəyişiklik üçün indi uyğun məqamdır.
Mark karyeramda çox böyük rol oynayıb. Həm o, həm də Enn mənə gənc seriyalardakı çıxışlarımın son mərhələsində kömək ediblər, Formula1-ə keçid üçün zəmin hazırlayıblar və burada ilk illərimdə mənə dəstək veriblər. Onların karyerama verdiyi töhfəni qiymətləndirmək çətindir. Amma indi hər kəsin öz yoluna davam etməsi üçün uyğun vaxt yetişib.
Sürücünün ətrafında etibarlı dəstək sisteminin qurulması çox vacibdir. Bu il həmin sistem artıq bir qədər dəyişib və yəqin ki, gələcəkdə də dəyişikliklər davam edəcək. Amma Mark və Enn bu gün mənim Formula1-də yarışmağımda çox böyük rol oynayıblar və mənim üçün etdikləri hər şeyə görə onlara çox minnətdaram”.
Oskar Piastri Las Veqas yarışında startda 10 yer itirəcək. Həftəsonu yüksək nəticə şanslarını dəyərləndirən avstraliyalı deyib: “Las Veqasdakı mərhələ hər zaman xüsusidir. Hər halda, sıralanma turunda hansı yeri tutmağımdan asılı olmayaraq, pelotonun sonundan start alacağam, buna görə də əlimizdə olan imkanlardan maksimum yararlanmağa çalışacağam.
Hazırda nəyə ümid edə biləcəyimizi demək çətindir. Ümid edirəm ki, yeni güc qurğusu bir qədər kömək edəcək, amma mövqe qazanmaq üçün yenə də mübarizə aparmalı olacağıq”.





