Qətər-2023: Ferstappen 50-nin bir addımlığında

Qətər 1 illik fasilədən sonra yenidən təqvimə qayıdıb. Lakin oktyabrın əvvli burada yarış keçirmək üçün olduqca isti vaxtdır.

F-1.az xəbər verir ki, cümə günü Maks Ferstappen nğvbəti pouluna sevinib. Yarışa onun yanından və gerisindən Mercedes sürücüləri və Fernando Alonso başlamağa haqq qazanıblar.

Pirelli bura ən sərt üçlüyü gətirib. FİA yarışdan əvvəl müəyyən edilmiş dövrələrə qədər hər bir sürücünün 3 dəfə pit-stop etməsini məcburi hala gətirən qərar verib. Olduqca isti havada onsuz da təkərlərin mənzili çox olmayıb.

Startda liderliyə yüksəlməyə çalışan Həmiltonun səhvi komandaya baha başa gəlib – özü yarışı dayandırmalı olub, təmas etdiyi komanda yoldaşı isə gerilərə düşüb. TM trasa daxil olub. Bir neçə sürücü bundan istifadə edərək erkən təkər dəyişiblər.

Lakin bu fərqli strategiya təkərlərin ömrü uzun olmadığından heç bir səmərə verməyib. Yarışın gedişində bir çox səhvlər baş verib ki, bunlardan ən yadda qalanı Fernandodan gəlib. İspan sürücü idarəetməni itirərək trasdan çıxıb, nəticədə xeyli vaxt və mövqe itirib.

Tras hüdudlarının pozulmasına görə də çox sayda cərimələr gəlib. Pit yolunda sürət həddini aşan Peres iki dəfə də buna görə cəzalandırılıb. Onunla yanaşı, Qasli, Elbon və Stroll üçün də eyni tədbir görülüb.

Sona yaxın Norris daha sürətli olsa da, komanda sürücülərindən yerlərini qorumaqlarını xahiş edib.

Beləliklə, Maks Ferstappen mövsümdə 14-cü, karyerasında isə 49-cu qələbəsini qazanıb. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olaraq ardıcıl iki yarışda komandalarına ikiqat podium sevinci yaşadıblar.

Yarışda baş verənlər və xal vəziyyəti barədə bir qədər sonra…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*