M.Ferstappen: Çətin və gözəl yarış idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen qələbə qazandığı Ciddədən sonra bildirib ki, yarış çətin olsa da, yaxşı keçib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 4-cü yerdən başlasa da, startda Saynsı keçərək, 3-cü yerə yüksəlib. İlk pitlərdən sonra isə komanda yoldaşı Peresi qabaqlayaraq, 2-ciliyə yerləşib. Bundan sonra Leklerlə qələbə uğrunda mübarizə aparan gənc sürücü, yarışın sonlarında rəqibini keçərək, mövsümdəki ilk qələbəsini bayram edib.

Maks Ferstappen: “Çətin və gözəl yarış idi. Qələbə uğrunda sərt mübarizə aparırıq və buna yeni başlamışıq. Döngələrdə çox sürətli idilər və biz düzlüklərdə onlardan güclü idik. Burada təkərlər tez yeyilirdi.

Yarışın sonlarında bir az sürətli idik və ötmək istədim. Son döngədə oyun oynamaq asan deyildi. Sonda onu keçdim, amma daha sonra DRS açıldı. Son dövrədə sarı bayraqlarla yarışırdıq. Çətin idi, amma qələbə qazandığım üçün sevincliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*