M.Ferstappen: Ən yaxşı nəticəni qazandıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen ikinci yeri tutduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Ayfel yarışına üçüncü yerdən başlasa da, virtual təhlükəsizlik maşınından sonra Bottası qabaqlayaraq, ikinci yerə yüksəlib və sona qədət yerini qoruyub.

Maks Ferstappen: “Əla yarış oldu. Lyusi izləməyə çalışırdım. Daha sonra isə Bottas geriyə düşdü. Tempimiz yaxşı idi. Sadəcə öz yarışımıza fokuslanmışdıq. Son dövrədə sürətli dövrə vurmağa çalışdım və bacardım. Əlavə bir xal qazana bildim. Buna görə də xoşbəxtəm.

Təhlükəsizlik maşını zamanı tras soyuq olduğu üçün pitdən sonra təkərlər də çox soyuq idi. Təhlükəsizlik maşınının niyə bu qədər trasda qaldığını bilmirəm. Yolda qalan maşın onsuz da təxliyə olunmuşdu. Ancaq bu gün maşından maksimumu aldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*