13 Noyabr 2019, Çərşənbə - 06:11

M.Ferstappen yarışmaq istəmir?

M.Ferstappen yarışmaq istəmir?

Müəllif: Rauf Hacıyev, redaktor

08:04 - 16 Fevral, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Haloya görə yarışmağa həvəsi yoxdur.

F-1.az xatırladır ki, bu ildən etibarən sürücülərin başını qorumaq üçün Halodan istifadə olunacaq.

Maks Ferstappen: “Məncə, eybəcərdir. Onunla bir yerdə yarışmaq istəmirəm. Ümumilikdə isə bolidimiz gözəldir və ümid edirəm ki, sürətli olar. Keçən il etdiyimiz yeniliklərin hesabına qələbə uğrunda mübarizə aparmışdıq. Amma bu il çempion olmaq istəyiriksə, ilk yarışdan güclü olmalıyıq.

Halonun gətirdiyi ağırlıq mənim üçün əlverişli deyil. Onsuz da rəqiblərimə nisbətən hündür və ağır çəkiliyəm. Buna görə də bədənimə qulluq edib bu fərqi bağlamalıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər , ,
Paylaş

logo