İshaq Həcər: Üçüncü yerlə razıyam, çünki…

İshaq Həcərin üçüncü yeri onun karyerasında sıralanma turunda göstərdiyi ən yaxşı nəticənin təkrarı olub. Fransa sürücüsü bundan əvvəl mövsümün ilk mərhələsində, Melburnda da yarışda üçüncü yerdən start almışdı.

İshaq Həcər: “Üçüncü yerlə razıyam, çünki həftəsonu mənim üçün elə əvvəlindən inanılmaz dərəcədə çətin keçib. Düzgün balansı tapa bilmirdim, buna görə idarəetmə ilə bağlı ciddi problemlər yaşanıb. Üçüncü sərbəst yürüşdə sürətli dövrə vurmaq alınmayıb – maşını idarə etmək o qədər çətin olub.

Bu həftəsonu gərgin əməyə görə komandaya minnətdaram. Etiraf edim ki, uşaqlarla kifayət qədər sərt danışmışam, buna görə üzr istəmək istəyirəm.

Üçüncü yerə sevinirəm, baxmayaraq ki, indi düşünürəm ki, poul uğrunda mübarizə aparmaq şansı var idi. On üçüncü və on beşinci döngəlarda çox güclü arxa külək oldu, buna görə çox vaxt itirmişəm, ona görə də bir az məyusam. Amma yenə də belə nəticə əldə etdiyim üçün sevinirəm”.