Dörd sürücü yeni mühərrik alıb, üçü cərimələnəcək

FİA dörd boliddə güc qurğusunun elementlərinin dəyişdirildiyini təsdiqləyib.

Yeni daxiliyanma mühərrikləri İshaq Həcərə (yedinci), Arvid Lindblad və Franko Kolapintoya (beşinci), eləcə də Valtteri Bottasa (dördüncü) quraşdırılıb. Yeni turbin Lindblada (beşinci) və Bottasa (dördüncü) qoyulub. Bundan başqa, Lindblad yeni qazburaxma sistemi alıb.

Bu dəyişikliklərdən sonra Həcər, Lindblad və Kolapinto cərimələnəcək və startda mövqe itirəcəklər. Həcər beş yer, Kolapinto on yer itirəcək, Lindblad isə cərimələrin cəminə görə yarışa sonuncu başlayacaq.

, , , , ,