Toskana Qran Prisi: Birinci sərbəst yürüşlər

Komandalar daha əvvəl Mucelloya testlər üçün gəlmişdilərsə də, pandemiyanın yaratdığı vəziyyət trasın xeyrinə olub və builki təqvimə daxil edilib. Həm də əlamətdar yarışa ev sahibliyi edəcək - buradakı yarış Ferrari üçün 1000-ci olacaq...

F-1.az bildirir ki, bir çoxları sessiyaya aerodinamik testlərlə başlayıblar. Bəzi maşınlara sensorlar quraşdırılıb, aerodinamik boyalardan istifadə edilib. McLaren Saynsın maşınına ön hissənin yeni versiyasını quraşdırıb və hər iki versiyanı müqayisə edib. Stroll ön asılqanlara görə ilk məşqlərin yarısını itirib. Ferrari isə Leklerin maşınını Montsadakı qəzadan sonra yeni şassidə yığıb.

Bu il ilk dəfə tribunalarda azarkeşlər olub və 2880 tamaşaçı məşqləri tribunadan izləyib.

Sessiya çox sakit keçib. Latifinin sonlara yaxın yerində fırlanması sarı bayraqlara səbəb olsa da, sürücü yoluna davam edə bilib. Sürücülər sürətlərini tədricən artırıblar və Rubens Barikello tərəfindən 2004-cü ildə müəyyən edilmiş trasın rekordu (1:18.704) elə ilk məşqdəcə yenilənib – müasir bolidlər daha sürətlidirlər.

Protokollara 1:17.879-luq nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər günün ikinci hissəsində davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:17.879 33
2 33 Maks Ferstappen Red Bull 1:17.927 + 0:00.048 32
3 16 Şarl Lekler Ferrari 1:18.186 + 0:00.307 27
4 44 Lyuis Həmilton Mercedes AMG 1:18.409 + 0:00.530 28
5 10 Pyer Qasli AlphaTauri 1:18.676 + 0:00.797 30
6 31 Esteban Okon Renault 1:18.805 + 0:00.926 28
7 26 Daniil Kvyat AlphaTauri 1:18.839 + 0:00.960 31
8 4 Lando Norris McLaren 1:18.981 + 0:01.102 30
9 23 Aleksander Elbon Red Bull 1:19.068 + 0:01.189 34
10 3 Daniel Rikkardo Renault 1:19.140 + 0:01.261 25
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.219 + 0:01.340 21
12 8 Roman Qrojan Haas 1:19.224 + 0:01.345 25
13 5 Sebastyan Fettel Ferrari 1:19.267 + 0:01.388 27
14 99 Antonio Covinatsi Alfa Romeo 1:19.322 + 0:01.443 28
15 55 Karlos Sayns McLaren 1:19.457 + 0:01.578 33
16 63 Corc Rassell Williams 1:19.478 + 0:01.599 29
17 20 Kevin Maqnussen Haas 1:19.551 + 0:01.672 25
18 18 Ləns Stroll Racing Point 1:19.836 + 0:01.957 23
19 11 Serxio Peres Racing Point 1:19.840 + 0:01.961 29
20 6 Nikolas Latifi Williams 1:20.034 + 0:02.155 32

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*