Yubiley Qran Prisi: Birinci sərbəst yürüşlər

Silverstounda hava isti və buludsuz olub. Asfaltın temperaturu +40 dərəcəyə çatıb, sonra isə tədricən artıb.

F-1.az xatırladır ki, burada keçən həftənin cümə günü də çox isti olmuş və sürücülər Soft təkərlərin sürətlə aşındığından şikayət etmişdilər. Keçən həftə ən yumşaq tərkiblər C3 idi, lakin bu dəfə Soft təkərlər rolunu daha da yumşaq olan C4 tərkibləri oynayır və sürücülər ilk sessiyada məhz onların səmərəliliyini yoxlamağa kökləniblər. Ferrari arxa təkərləri izləmək üçün xüsusi kamera quraşdırıb.

Kubitsa Covinatsini əvəzləyib. Hülkenberq bu həftəsonu da Peresi əvəzləyəvək – meksikalı sürücünün dünən verdiyi testin nəticəsi də müsbət olub.

Ferstappen sessiyanın ilk hissəsini qısa dövrələr vuraraq müxtəlif aerodinamik həlləri yoxlamaqla keçirib. Fettel və Maqnussen 9-cu döngədə tras hüdudlarını pzoduqları üçün nəticələri ləğv edilib.

Protokollara 1:26.166-lıq nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər bu gün davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:26.166 21
2 44 Lyuis Həmilton Mercedes AMG 1:26.304 + 0:00.138 22
3 33 Maks Ferstappen Red Bull 1:26.893 + 0:00.727 24
4 27 Niko Hülkenberq Racing Point 1:26.942 + 0:00.776 25
5 16 Şarl Lekler Ferrari 1:27.062 + 0:00.896 20
6 23 Aleksander Elbon Red Bull 1:27.280 + 0:01.114 22
7 5 Sebastyan Fettel Ferrari 1:27.498 + 0:01.332 21
8 18 Ləns Stroll Racing Point 1:27.539 + 0:01.373 26
9 26 Daniil Kvyat AlphaTauri 1:27.653 + 0:01.487 27
10 31 Esteban Okon Renault 1:27.701 + 0:01.535 23
11 10 Pyer Qasli AlphaTauri 1:27.707 + 0:01.541 23
12 4 Lando Norris McLaren 1:27.846 + 0:01.680 26
13 8 Roman Qrojan Haas 1:27.908 + 0:01.742 26
14 55 Karlos Sayns McLaren 1:28.138 + 0:01.972 28
15 63 Corc Rassell Williams 1:28.170 + 0:02.004 24
16 6 Nikolas Latifi Williams 1:28.226 + 0:02.060 24
17 3 Daniel Rikkardo Renault 1:28.511 + 0:02.345 23
18 7 Kimi Rəykkönen Alfa Romeo 1:28.655 + 0:02.489 24
19 88 Robert  Kubitsa Alfa Romeo 1:28.960 + 0:02.794 22
20 20 Kevin Maqnussen Haas 1:29.319 + 0:03.153 17
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*