11 Dekabr 2018, Çərşənbə axşamı - 19:44

Rusiya-2018: Birinci sərbəst yürüşlər

Rusiya-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:38 - 28 Sentyabr, 2018

Soçidə ilk məşqlərdə dörd komanda sükan arxasına ehtiyat sürücülərini əyləşdirib. Racing Point komandası Serxio Peresin maşınını Nikolas Latifiyə həvalə edib, Sauber-in gələcək sürücüsü Antonio Covinatsi builki sürücü Markus Erikssonu əvəz edib, McLaren də eyni qayda ilə Fernando Alonsonu gənc Lando Norrisə dəyişib, Renault isə Karlos Saynsın maşınını yerli sürücü Artyom Markelova tapşırıb – Artyom Qran Pri çərçivəsində rəsmən debüt edib.

F-1.az bildirir ki, bəzi komandalar Soçiyə yeniliklər gətiriblər və gələnilki maşınlar üçün bəzi elementləri test ediblər. Ferrari-nin mühəndisləri ciddi yenilənmiş ön qanad üzərində işləyiblər.

Sessiya ciddi insidentsiz ötüşüb. Lando Norris və Ləns Stroll yerində fırlanıblar, Valtteri Bottas bir neçə dəfə tras xaricinə səyahət edib. Boksda Rikkardonun maşını tüstülənib – mexaniklər maşının altlığını dəyişiblər, amma ötürmələr qutusunun nasazlığından şübhələniblər, ona görə də avstraliyalı sürücü bir daha trasa qayıtmayıb.

Mercedes sürücüləri ən yumşaq HyperSoft tərkibi ilə işləməyiblər, Sebastyan Fettel və Maks Ferstappen isə ancaq bu tərkiblərlə çalışıblar, ona görə də protokollara başçılıq ediblər…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:34.48819
233Maks FerstappenRed Bull1:34.538+ 0:00.05022
344Lyuis HəmiltonMercedes1:34.818+ 0:00.33023
477Valtteri BottasMercedes1:34.999+ 0:00.51128
53Daniel RikkardoRed Bull1:35.524+ 0:01.03611
631Esteban OkonRacing Point1:35.663+ 0:01.17524
77Kimi RəykkönenFerrari1:35.696+ 0:01.20819
820Kevin MaqnussenHaas1:36.196+ 0:01.70821
927Niko HülkenberqRenault1:36.274+ 0:01.78618
1036Antonio CovinatsiSauber1:36.712+ 0:02.22422
118Roman QrojanHaas1:36.816+ 0:02.32823
1210Pyer QasliToro Rosso1:36.944+ 0:02.45625
1347Lando NorrisMcLaren1:37.022+ 0:02.53425
1416Şarl LeklerSauber1:37.054+ 0:02.56624
1546Artyom MarkelovRenault1:37.183+ 0:02.69522
162Stoffel VandornMcLaren1:37.187+ 0:02.69927
1734Nikolas LatifiRacing Point1:37.206+ 0:02.71824
1835Sergey SirotkinWilliams1:37.225+ 0:02.73725
1928Brendon HartliToro Rosso1:37.944+ 0:03.45628
2018Ləns StrollWilliams1:39.137+ 0:04.64913

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər , , , ,
Paylaş

logo