06 Dekabr 2019, Cümə - 04:48

Bəhreyn-2019: İkinci sərbəst yürüşlər

Bəhreyn-2019: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:41 - 29 Mart, 2019

Sessiyadan əvvəl günəş batıb və asfaltın temperaturu bir qədər aşağı düşüb. Tras süni işıqlandırılıb. Bu sessiya sıralanma turu və yarışla eyni saatda başladığı üçün ən vacib məşq sessiyası hesab edilir. Buna görə də komandalar dərhal sazlanmalar və təkərlər üzərində işləməyə başlayıblar.

F-1.az bildirir ki, asfaltın üstün rezin qatı ilə örtüldüyündən trasın vəziyyəti yaxşılaşıb. Rəykkönen ilk dəqiqələrdə trasdan çıxıb. Alfa Romeo hər iki maşında sızıntı olduğunu aşkarlayıb və sürücülərini boksa çağırıb. Covinatsi trasa qayıtsa da, Rəykkönen boksda qalıb.

Sürücülər təkərlərin səmərəliliyini yoxlayıblar, Hard təkərlər demək olar ki, istifadə edilməyib. Fettel yerində fırlanıb lakin maşına zərər dəyməyib. Norrisin maşınında proble4m aşkarlanıb və gənc sürücü maşını mexaniklərə təhvil verib.

Bu sessiyada da Ferrari daha sürətli olub. Fettel Rəykkönenin keçənilki nəticəsini 1 saniyə üstələyib – 1.28.846. Mercedes bu sessiyada Ferrari-yə 0.6 saniyə uduzub. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:28.84632
216Şarl LeklerFerrari1:28.881+ 0:00.03532
344Lyuis HəmiltonMercedes AMG1:29.449+ 0:00.60333
477Valtteri BottasMercedes AMG1:29.557+ 0:00.71136
527Niko HülkenberqRenault1:29.669+ 0:00.82332
633Maks FerstappenRed Bull1:29.725+ 0:00.87934
720Kevin MaqnussenHaas1:30.000+ 0:01.15433
84Lando NorrisMcLaren1:30.017+ 0:01.17125
98Roman QrojanHaas1:30.068+ 0:01.22234
1026Daniil KvyatToro Rosso1:30.093+ 0:01.24736
1155Karlos SaynsMcLaren1:30.192+ 0:01.34633
1210Pyer QasliRed Bull1:30.429+ 0:01.58331
1323Aleksander ElbonToro Rosso1:30.458+ 0:01.61236
1411Serxio PeresRacing Point1:30.716+ 0:01.87032
153Daniel RikkardoRenault1:30.848+ 0:02.00230
167Kimi RəykkönenAlfa Romeo1:31.088+ 0:02.2426
1718Ləns StrollRacing Point1:31.129+ 0:02.28331
1899Antonio CovinatsiAlfa Romeo1:31.144+ 0:02.29810
1963Corc RassellWilliams1:31.904+ 0:03.05832
2088Robert KubitsaWilliams1:32.932+ 0:04.08637

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər , , , , , , ,
Paylaş

logo