K.Rəykkönen: “Ən yaxşı yerdəyik”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Avstriyada sıralanma turunda maksimum nəticəni əldə edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 4-cü yeri tutsa da, Lyuis Həmiltonun startda 5 yer itirməsi ilə yarışa 3-cü yerdən başlayacaq.

Kimi Rəykkönen: “Sabahkı yarışa 3-cü yerdən başlayırıq və bu çox yaxşı haldır. Bundan pisi də ola bilərdi. Bolid yarış üçün hazır görünür. İndiyə kimi hər şey çətin görünürdü, amma start üçün əla vəziyyətdəyik. Cümə gününün çətin keçəcəyini bilirdik və bu barədə danışmaq istəmirik. Üçüncü sərbəst yürüşlərdə güclü idik. Əsas balansı və doğru sazlanmaları tapmaq idi. Bir addım geridə olsaq da, bu gündən maksimumu çıxara bildik”.

, , ,