Amerika komandası yarışdan sonra belə məlumat yayıb: “Ehtiyat tədbiri olaraq aparılan müayinədən sonra Valtteri tibbi mərkəzdən buraxılıb və vəziyyəti yaxşıdır. Lakin o, yarışdan sonrakı mətbuatla ünsiyyətdən azad olunub. Komanda baş verənlə bağlı ətraflı araşdırma aparacaq”.
Cadillac Bottasın qəzası ilə bağlı ətraflı araşdırma aparacaq
Cadillac sürücülərindən Mexiko Qran Prisində finişə yalnız Serxio Peres çatıb, Valtteri Bottas isə 42-ci dövrədə olduqca xoşagəlməz qəzaya düşüb. O, 1-ci döngənin qarşısında əyləcləməyə başlayanda, bolidində sol ön təkərin asılqanı yüksək sürətdə qırılıb və hər şey baryerə çox güclü zərbə ilə nəticələnib.





