Valtteri Bottas bu il Çjouya kömək etməyə hazırdır

Quanyu Çjou qarşıdan gələn Formula1 mövsümünün yeganə debütantıdır. Çinli sürücü Alfa Romeo komandasında təcrübəli Valtteri Bottasla tərəfdaşlıq edəcək.

F-1.az xəbər verir ki, Bottasın özünü yeni komandaya uyğunlaşma gözləsə də, finlandiyalı sürücü Çjouya kömək etməyə hazırdır.

Valtteri Bottas: “Yeni Formula1 komandasına qoşulduğunuz zaman sizə kömək etməyə hazır olan çoxlu ağıllı insanlar var. Onunla tərəfdaş olduğum üçün mən də ona kömək etməyə hazıram.

Biz komanda şəklində işləməliyik, vahid komanda olmalıyıq, çünki ümid edirəm ki, bu, düzgün istiqamətdə irəliləməyə, yaxşı nəticələr əldə etməyə və çoxlu xallar qazanmağa imkan verəcək. Onunla işləməyə hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*