N.Lauda: “Rosberq bundan yaxşısını edə bilməzdi”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Valtteri Bottasın Avstraliyada performansından təsirlənib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sərbəst yürüşlərdə Həmiltondan 0.5 saniyə, sıralanma turunda isə 0.3 saniyə yavaş olub. Yarışın startında 3 qat Dünya Çempion ilə eyni tempi tuta bilməyən Bottas yarışın ikinci yarısında sürətlənmiş və yekunda britaniyalıdan 1.2 saniyə geri qalmışdı.

Niki Lauda: “Valtterinin yeni komandasında və bolidində yaxşı performans göstərəcəyini bilirdim və elə də oldu. Bundan yaxşısını edə bilməzdi. Niko istefa verəndə Toto Volff ilə namizədlər barədə danışdıq. Bottas mənim siyahımda birinci yerdə idi. Gənc, təcrübəli və sürətli sürücüdür. Paskal Verlyayn riskli olardı, çünki təcrübəsi yoxdur. Doğru seçim etdiyimizi gördük.

Bottas əla iş gördü. Həftəsonu ərzində inkişaf etdi. İlk sessiyada Həmiltondan 0.583 saniyə geridə idi. İkinci sessiyada bu fərq 0.556 oldu. Sıralanma turunda fərq 0.293 saniyəyə düşdü. Yarışı isə Həmiltonun 1.2 saniyə gerisində bitirdi. Onun yerinə Niko Rosberq olsaydı, bundan yaxşısını edə bilməzdi, amma Valtteri bunu ilk cəhddən bacardı. Lyuis də mövsümə yaxşı başladı. Hazırda özündən əmin və sakit görünür. Bundan başqa, Valtteri ilə yaxşı anlaşırlar. Bu, komanda üçün yaxşıdır və ümid edirəm ki, belə davam edər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*