R.Braun: “Həmilton Şumaxeri keçə bilər”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Lyuis Həmilton çempionluqların sayında Mixael Şumaxerə çata bilər.

F-1.az xatırladır ki, Lyuis Həmilton Meksika yarışında 4-cü dəfə Dünya Çempionu tituluna yiyələnib. İndi isə bu statistikada 7 qat Dünya Çempionu Mixael Şumaxerdən və 5 qat Dünya Çempionu Xuan Manuel Fanxiodan geri qalır.

Ross Braun: “Mixaellə işləyəndə onun məğlubedilməz olduğunu düşünürdüm. Lyuis də bu yoldadır. O, artıq ən güclülərdən biri olduğunu göstərdi. Əsl mübarizdir və vacib işlər görüb. Lyuis Formula1 tarixinin xüsusi sürücülərindəndir. Təbii ki, hər dövrün şərtləri fərqli olduğu üçün müqayisə etmək mümkünsüzdür. Əgər bu motivasiyasını davam etdirsə, Mixaelin yeddiqat çempionluğuna çata bilər. Həyəcanla gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*