Emiliya Romanya Qran Prisi: Sərbəst yürüşlər

Logistika baxımından çətinlik olmaması üçün İmoladakı həftəsonunun iki gündən ibarət olmasına qərar verilmişdi. Buna görə də, komandalar buradakı yeganə məşqlərə intensiv proqram hazırlayıblar.

F-1.az bildirir ki, bir çox komanda mümkün qədər çox məlumat əldə etmək üçün proqramı sürücüləri arasında bölüşdürüb.

Kvyat, Sayns, Maqnussen və Bottas çınqıllığa çıxsa da, maşınlara zərər dəyməyib. Bir çox sürücünün dövrəvi nəticələri 9-cü və 13-cü döngədə yoldan çıxdıqları üçün ləğv edilib. Lakin Portimaoda olduğu kimi, burada da FİA-nın qeyd olunan yerlərdə yoldan tam çıxmaya görə cəza verilməsini ləğv edəcəyi gözlənilir.

Latifi texniki problemlərə görə sessiyanın böyük hissəsini itirib. Sürücülər Soft təkərlərin tez aşınmasından şikayətləniblər. Medium təkərlərin daha yaxşı olması nəzərə çarpıb.

Sessiyada ən sürətli pilot 1:14.726-ləq nəticə ilə Lyuis Həmilton olub. Nəzərə alsaq ki, sıralanma turuna heç kim kifayət qədər hazırlaşa bilməyib, bizi bu günün əsas sessiyasında sürprizlər gözləyə bilər…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:14.726 46
2 33 Maks Ferstappen Red Bull 1:15.023 + 0:00.297 38
3 77 Valtteri Bottas Mercedes AMG 1:15.218 + 0:00.492 47
4 10 Pyer Qasli AlphaTauri 1:15.633 + 0:00.907 46
5 16 Şarl Lekler Ferrari 1:15.688 + 0:00.962 40
6 3 Daniel Rikkardo Renault 1:15.839 + 0:01.113 32
7 31 Esteban Okon Renault 1:15.945 + 0:01.219 43
8 26 Daniil Kvyat AlphaTauri 1:15.966 + 0:01.240 47
9 23 Aleksander Elbon Red Bull 1:16.061 + 0:01.335 41
10 18 Ləns Stroll Racing Point 1:16.082 + 0:01.356 42
11 11 Serxio Peres Racing Point 1:16.109 + 0:01.383 41
12 5 Sebastyan Fettel Ferrari 1:16.167 + 0:01.441 40
13 8 Roman Qrojan Haas 1:16.550 + 0:01.824 42
14 55 Karlos Sayns McLaren 1:16.560 + 0:01.834 42
15 99 Antonio Covinatsi Alfa Romeo 1:16.564 + 0:01.838 33
16 4 Lando Norris McLaren 1:16.671 + 0:01.945 44
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:16.684 + 0:01.958 43
18 63 Corc Rassell Williams 1:16.780 + 0:02.054 42
19 20 Kevin Maqnussen Haas 1:17.060 + 0:02.334 45
20 6 Nikolas Latifi Williams 1:17.779 + 0:03.053 28
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*