Əbu Dabi-2016: Üçüncü sərbəst yürüşlər

Əbu Dabidə şənbə günü keçirilən məşqlər sazlanmalar üçün ideal deyil. Çünki hava çox isti olur. Sıralanma turu və yarış isə axşam saatlarında - havanın temperaturu aşağı düşdükdən sonra keçirilir. Cümə günü axşam keçirilmiş məşqlərdə isə bəzi sürücülər problemlər ucbatından işləyə bilməmişdilər...

F-1.az xəbər verir ki, sürücülər bu dəfə əsasən bir neçə dövrə vurmaqla qısa məsafələr qət edərək boksa qayıdıblar. Sessiya boyu uzun yürüşlər edilməyib və sazlanmalar üzərində işləməkdən söhbət də getməyib.

Cümə günü keçirilən məşqlərdə problemlər ucbatından demək olar ki, işləyə bilməyən Kvyat, Qrojan və Batton bu dəfə analoji hadisələrlə qarşılaşmayıblar. Mexaniklər Hülkenberqin maşınında yanacaq sızması aşkar ediblər, problem aradan qaldırılıb və Niko sessiyannın yarım saatı geridə qaldıqdan sonra trasa çıxıb.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1.40.775. Mercedes sürücüləri dördüncü və beşinci olublar. Onlar sessiyanın gedişində sürətli dövrəyə cəhd etməyiblər. Bizi gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:40.775 16
2 33 Maks Ferstappen Red Bull 1:40.912 + 0:00.137 20
3 7 Kimi Rəykkönen Ferrari 1:40.999 + 0:00.224 14
4 44 Lyuis Həmilton Mercedes AMG 1:41.065 + 0:00.290 14
5 6 Niko Rosberq Mercedes AMG 1:41.168 + 0:00.393 18
6 3 Daniel Rikkardo Red Bull 1:41.831 + 0:01.056 19
7 11 Serxio Peres Force İndia 1:41.885 + 0:01.110 18
8 27 Niko Hülkenberq Force İndia 1:42.067 + 0:01.292 12
9 77 Valtteri Bottas Williams 1:42.076 + 0:01.301 18
10 21 Esteban Qutyerres Haas 1:42.354 + 0:01.579 15
11 14 Fernando Alonso McLaren 1:42.585 + 0:01.810 13
12 30 Colion Palmer Renault 1:42.616 + 0:01.841 17
13 22 Censon Batton McLaren 1:42.664 + 0:01.889 14
14 19 Felipe Massa Williams 1:42.683 + 0:01.908 19
15 8 Roman Qrojan Haas 1:42.805 + 0:02.030 17
16 22 Kevin Maqnussen Renault 1:43.057 + 0:02.282 17
17 94 Paskal Verlyayn Manor 1:43.145 + 0:02.370 16
18 55 Karlos Sayns Toro Rosso 1:43.301 + 0:02.526 9
19 12 Felipe Nasr Sauber 1:43.417 + 0:02.642 21
20 31 Esteban Okon Manor 1:43.733 + 0:02.958 14
21 26 Daniil Kvyat Toro Rosso 1:44.105 + 0:03.330 12
22 9 Markus Eriksson Sauber 1:44.238 + 0:03.463 20
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*