Azərbaycan-2018: İkinci sərbəst yürüşlər

İkinci məşqlərin əvvəlində göy üzünü buludlar örtüb, asfaltın temperaturu birinci məşqlərlə müqayisədə 10 dərəcə aşağı olub. Asfalt nisbətən təmiz, lakin sürüşkən olub.

F-1.az bildirir ki, mexaniklər ilk sessiyada qəza edən Maksın maşınını yalnız startdan 20 dəqiqə sonra hazır edə biliblər. Hollandiyalı sürücü bu dəfə də səhvlər edib, üçüncü döngədə təhlükəsizlik zonasına çıxmalı olub. Renault mexanikləri də Hülkenberqin maşını üzərində uzun müddət işləyiblər. Niko bir neçə dövrə vurduqdan sonra maşını yenidən onların ixtiyarına verib, daha sonra isə yenidən trasa qayıdıb və məşqlərə davam edib.

Komandalar ənənəyə uyğun olaraq sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Sürücülər əvvəlcə Soft və SuperSoft təkərlərlə trasa çıxıblar, sonra isə UltraSoft təkərlərə keçiblər. Sessiyanın sonlarında Ferstappen güc qurğusu problemi ilə qarşılaşıb və ona yavaş-yavaş boksa qayıtması tapşırılıb.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:42.795 35
2 7 Kimi Rəykkönen Ferrari 1:42.864 + 0:00.069 33
3 33 Maks Ferstappen Red Bull 1:42.911 + 0:00.116 27
4 77 Valtteri Bottas Mercedes AMG 1:43.570 + 0:00.775 25
5 44 Lyuis Həmilton Mercedes AMG 1:43.603 + 0:00.808 31
6 14 Fernando Alonso McLaren 1:43.700 + 0:00.905 34
7 31 Esteban Okon Force İndia 1:43.814 + 0:01.019 30
8 55 Karlos Sayns Renault 1:43.834 + 0:01.039 36
9 20 Kevin Maqnussen Haas 1:43.977 + 0:01.182 29
10 27 Niko Hülkenberq Renault 1:44.091 + 0:01.296 33
11 5 Sebastyan Fettel Ferrari 1:44.127 + 0:01.332 38
12 11 Serxio Peres Force İndia 1:44.142 + 0:01.347 31
13 8 Roman Qrojan Haas 1:44.425 + 0:01.630 27
14 18 Ləns Stroll Williams 1:44.459 + 0:01.664 31
15 10 Pyer Qasli Toro Rosso 1:44.712 + 0:01.917 39
16 16 Şarl Lekler Sauber 1:44.940 + 0:02.145 30
17 35 Sergey Sirotkin Williams 1:45.007 + 0:02.212 33
18 28 Brendon Hartli Toro Rosso 1:45.051 + 0:02.256 36
19 2 Stoffel Vandorn McLaren 1:45.288 + 0:02.493 29
20 9 Markus Eriksson Sauber 1:46.042 + 0:03.247 9
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*