Ştiriya-2021: İkinci sərbəst yürüşlər

Sessiyadan əvvəl göy üzünü buludlar örtüb və bir qədər yağış yağıb, lakin startda asfalt quru olub və sürücülər proqramlarını davam etdirə biliblər.

F-1.az bildirir ki, ilk məşqlərdə əla nəticə göstərən Qasli bu dəfə trasa çıxa bilməyib – güc qurğusunda problem aşkarlanıb və fransız sürücü sessiyanı boksdan izləməli olub.

Sayns dördüncü döngədə maşının iki təkəri çınqıllığa çıxdığı üçün yerində fırlanıb. Orada eyni səhvə Mazepin də yol verib. Lətifi isə altıncı döngədə yerində fırlanıb. Bottas pit-leyndə təkərləri dəyişdikdən sonra qaz pedalına lazım olandan çox basıb və maşın fırlanıb. McLaren mexanikləri ona maşını döndərməsi üçün kömək ediblər, lakin sonra da FİA-ya şikayət ediblər. Çünki komandanın çalışanları üçün kifayət qədər təhlükəli vəziyyət yaranıb. Stüardlar ahdisəni araşdırıblar və Valtteriya startda 3 yer itirmək cəzası ilə yanaşı, 2 cərimə balı veriblər.

Bu dəfə son 2 döngədə trasdan tam çıxmaya görə 17 nəticə ləğv edilib. Protokollara isə yenə də Maks Ferstappen başçılıq edib, bu dəfə 1:05.412-lik nəticə ilə.

Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:05.412 36
2 3 Daniel Rikkardo McLaren 1:05.748 + 0:00.336 34
3 31 Esteban Okon Alpine 1:05.790 + 0:00.378 34
4 44 Lyuis Həmilton Mercedes AMG 1:05.796 + 0:00.384 34
5 14 Fernando Alonso Alpine 1:05.827 + 0:00.415 38
6 5 Sebastyan Fettel Aston Martin 1:05.934 + 0:00.522 37
7 4 Lando Norris McLaren 1:05.994 + 0:00.582 38
8 18 Ləns Stroll Aston Martin 1:06.079 + 0:00.667 36
9 11 Serxio Peres Red Bull 1:06.089 + 0:00.677 35
10 99 Antonio Covinatsi Alfa Romeo 1:06.145 + 0:00.733 36
11 55 Karlos Sayns Ferrari 1:06.147 + 0:00.735 38
12 77 Valtteri Bottas Mercedes AMG 1:06.251 + 0:00.839 31
13 16 Şarl Lekler Ferrari 1:06.270 + 0:00.858 39
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:06.297 + 0:00.885 40
15 22 Yuki Tsunoda AlphaTauri 1:06.451 + 0:01.039 39
16 63 Corc Rassell Williams 1:06.628 + 0:01.216 39
17 47 Mik Şumaxer Haas 1:06.886 + 0:01.474 29
18 9 Nikita Mazepin Haas 1:07.404 + 0:01.992 29
19 6 Nikolas Latifi Williams 1:07.669 + 0:02.257 32
20 10 Pyer Qasli AlphaTauri 0
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*