A.Vürs: “Red Bull-un qəddar qərarı Kvyatı gücləndirəcək”

Sabiq Formula1 sürücüsü Aleksander Vürs Red Bull-un verdiyi "çətin" qərarın Kvyatı gücləndirəcəyini düşünür.

F-1.az xatırladır ki, Kvyat Rusiya QP-dən sonra Red Bull-dan Toro Rosso-ya göndərilmişdi və onun yerinə Toro Rosso-dan Maks Ferstappen gətirilmişdi. Ferstappen Red Bull ilə çıxdığı ilk yarışı qazandığı halda, Kvyat 10-cu yeri tutmuşdu.

Amma Vürs düşünür ki, bu qərar Kvyatı daha da güclü edəcək: “Həyatınızın bir hissəsi xarakterinizi gücləndirməklə keçir. Təbii ki, bu asan deyil, amma bu qərar onu uzun müddətə daha güclü edəcək. O yaşda uşaq üçün çox qəddar qərardır. Ümid edirəm ki, özünə gələr.

Mən Daniili, doğrudan da, çox istəyirəm. O yaxşı adamdır. Beyni və ürəyi doğru yerdədir. Eyni zamanda çox sürətlidir.

Onu başa düşürəm. Amma unutmayaq ki, Red Bull ona uşaqlığından dəstək verir. Ona bir şans verdilər.

Yüzlərlə və ya minlərlə insan bu fürsəti əldə etmək üçün gözləyir. Onu başa düşə bilirəm. Ümid edirəm ki, müsbət enerji ilə geri qayıdar. Mövsümün sonuna qədər çoxlu yarış olacaq. Gələnilki taleyi onun əlindədir. Yaxşı performans göstərib, Red Bull-da çıxış edə biləcəyini göstərmək onun əlindədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*