M.Ferstappen 1 nömrə ilə yarışacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen gələn il 1 nömrəli maşınla yarışacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü karyerası başlayandan 33 nömrə ilə yarışıb. Lakin o daha əvvəl də demişdi ki, çempion olacağı halda 1 nömrə ilə yarışacaq.

Maks Ferstappen: “Bəli. Bir nömrə içə yarışacam. Bu fürsət həyatınızda neçə dəfə ayağınıza gəlir? Bəlkə, bir də 1 nömrə ilə yarışa bilmədim. Bu, ən yaxşı rəqəmdir və maşınımda olmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*