M.Ferstappen: Yeniliklər üçün gözləməli olduq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümün ilk yarışlarındakı problemlər gözlənilməz olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü ilk 3 yarışda iki dəfə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Maks Ferstappen: “O vaxt boliddə ağırlıq problemi oldu və yeniliklər üçün gözləməli olduq. Düzünü desəm, testlərdə heç problem yaşamadıq. Mövsümün əvvəlində yaşadığımız problemlər gözlənilməz idi. Səbəbini bilmirdik, amma komanda yaxşı işləyərək hər şeyi düzəltdi”.

,