Əgər ilk dəyişiklik planlı idisə, ikincisini üçüncü sərbəst yürüşlərdə vibrasiya başlayandan və tüstü göründükdən sonra təcili qaydada etmək lazım gəlib. İtaliyanın Autoracer nəşri nasazlığın səbəbinin nə olduğunu öyrənə bilib.
Nəşrin yazdığına görə, yeni daxiliyanma mühərriki zədələnməyib, nasazlıq isə güc qurğusunun hibrid hissəsinə aid olub və temperatur göstəriciləri ilə bağlı olub. Ferrari bu mövsüm hələ belə problemlə üzləşməyib.
Yalnız zəruri komponentlərin dəyişdirilməsi belə Həmilton üçün ciddi cərimə və son sıralardan start demək olub, buna görə də Ferrari yeddiqat dünya çempionunun maşınında güc qurğusunu tam şəkildə dəyişmək qərarına gəlib.
Bununla belə, güc qurğusunda dəyişdirilən komponentlərin hamısı nasaz olmayıb. Komanda İnterlaqosda cərimənin artıq qaçılmaz olmasından istifadə edib və mövsümün son mərhələlərində problemin təkrarlanması riskini azaltmaq üçün qalan komponentləri də yeniləyib.





