Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara hesab edir ki, çıxış yolu tapılmalıdır…
Şintaro Orihara: “Şənbə və bazar günləri Lənsin maşınında akkumulyatorla bağlı problemlər yaranıb. Nəyin baş verdiyini bilirik, amma bunun niyə baş verdiyini bilmirik. Batareyanı söküb onun parametrlərini araşdırmaq lazımdır.
Əsl səbəbin axtarışı bir neçə həftə çəkə bilər, amma onu tapmaq vacibdir ki, lazımi tədbirlər görülsün və bunun təkrarlanmasının qarşısı alınsın, əks halda bu problem yenə və yenə ortaya çıxacaq.
Mövsümün ortasında bizim güc qurğusu daha etibarlı işləyib, amma son iki və ya üç yarışda nasazlıqlar ortaya çıxıb. Bəzi məqamlarda müsbət dinamika görürük, amma növbəti mərhələdən və gələn mövsümdən əvvəl aradan qaldırılmalı olan aşkar zəif tərəflər var”.





