İndi buna bənzər açıqlama Honda-nın motorçuları tərəfindən də verilib – onlar növbəti addımı gələn mövsümün ilk mərhələsinə qədər atmağı planlaşdırırlar…
Şintaro Orihara, Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri: “Güc qurğusunun inkişafı ilə bağlı təsdiqlənmiş proqramımız var. Hər şey plana uyğun gedir. Hazırda harada olduğumuzu bilirik. Yol xəritəmizə əsasən, növbəti böyük addımı gələn mövsümün ilk yarışına qədər atacağıq.
İlk yarışa qədər fərqi azalda bilib-bilməyəcəyimizi demək çətindir. Biz bu fərqin azalması üçün işləməyə davam edirik, amma artıq dediyim kimi, bu il ciddi yeniliklərimiz olmayacaq”.





