Honda hamını təəccübləndirib

Mercedes Motorsport-un rəhbəri Toto Volff mövsümün ilk yarışı Avstraliyada Honda-nın performansına təəccüblənib.

F-1.az xatırladır ki, Maks Ferstappen mövsümün birinci yarışında podiuma yüksələrək, Honda mühərriklərinə 11 ildən sonra ilk podiumu qazandırıb.

Toto Volff: “Honda çox inkişaf edib. Red Bull da əvvəlki illərə nisbətən sürətlidir. Düzlüklərdə sürətlidirlər və bu, çox gözəldir. Onların da mübarizəyə qoşulmasını istəyərəm. Honda-nın inkişafına sevinirəm. Geri döndükdən sonra ilk podiumlarını qazandılar və buna layiqdirlər. Çətin dövrlərdən keçdilər. Honda-nın işçilərinin sevindiklərini görmək mükəmməl idi.

Çox güclü idilər. Ferstappenin üçüncü döngədə Sebastyan Fetteli necə yediyini gördünüz. Sürətləri heyrətamiz idi. Red Bull-Honda tərəfdaşlığı hamını qorxutdu. Onlar da çempionluğa namizəddirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*