T.Volff: Formula1-in rəhbəri ola bilərdim

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Formula1-in rəhbəri olmaq üçün Liberty Media ilə danışıqlar aparsa da, sonda nəticəsiz qalıb.

F-1.az xatırladır ki, Liberty Media bu həftə Ferrari komandasının sabiq rəhbəri Stefano Domenikalini Formula1-ə yeni başçı təyin edib.

Toto Volff: “Qreq Maffey ilə ilkin danışıqlar aparsaq da nəticəsiz qaldı. Qreqlə aramız yaxşıdır və ona hörmət edirəm. Lakin hazırkı işimi də sevirəm. Burada saniyə ölçən cihazı, rəqabəti və yarışları sevdiyimi öyrəndim. Hazırda Mercedes-in səhmdarlarından biriyəm. Bunun doğru olduğunu inanmaq üçün hər gün özümə çimdik atıram.

Formula1-ə rəhbər gedə bilməzdim. Ferrari bunu qəbul etməzdi və buna haqqları var. Mən də eynisini edərdim. Sonda qərar vermək lazımdır. İdmanı doğru adam idarə etməlidir. Stefano doğru seçimdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*