Ekklstoun: Tez, ya gec Antonelli Ferrari-də olacaq

Formula1-in keçmiş rəhbəri Berni Ekklstoun şübhə etmir ki, Kimi Antonelli bir gün Ferrari-nin heyətində yer alacaq.

Doqquz il əvvəl Kimi Antonelli və Ferrari-nin yolları kəsişə bilərdi, lakin həmin vaxt Scuderia-nın rəhbəri Mauritsio Arrivabene 11 yaşlı oğlana sərmayə qoymağa cəsarət etməyib, Mercedes isə risk edib – və uduzmayıb.

Berni Ekklstoun: “Ferrari-nin seçimi yoxdur, onlar Antonelli ilə müqavilə imzalamalıdırlar. Kiminin ürəyi İtaliya üçün döyünür və əgər o, qalib gəlməyə davam etsə, mən əminəm ki, davam edəcək, gec-tez o, mütləq öz ölkəsinə olan sevgisindən Ferrari-də olacaq”.

, ,