Cümə axşamı avtodromun mətbuat mərkəzini iki üçlüyə bölünmüş altı sürücü ziyarət edəcək. Birinci qrupda Franko Kolapinto (Alpine), Qabriel Bortoleto (Audi) və Rafael Kamara (Haas) yer alacaqlar. İkinci qrupda isə Fernando Alonso (Aston Martin), Arvid Lindblad (Racing Bulls) və Maks Ferstappen (Red Bull) olacaqlar.
Cümə günü jurnalistlərin suallarını komandaların rəhbərləri cavablandıracaqlar: Frederik Vassyör (Ferrari), Toto Volff (Mercedes) və Alan Permeyn (Racing Bulls).
Şənbə və bazar günləri isə günün ən yaxşı üçlüyü sualları cavablandıracaq.





