Alpine Braziliyada kombinezonların rəng çalarını dəyişəcək

Alpine komandası San Paulu Qran Prisi günlərində istifadə edəcəyi yarış kombinezonlarının rəng çalarını nümayiş etdirib.

Yeni rəng çalarında komandanın titul sponsoru BWT üçün xarakterik olan ənənəvi çəhrayı əsasın yerinə Braziliya bayrağının rəngi olan sarıdan istifadə olunub, yazılar isə Alpine brendinin mavi çalarında hazırlanıb.