A.Prost Ferrari-nin qərarını dəstəkləyib

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bildirib ki, Ferrari dördqat Dünya Çempionu olan sürücüsü Fettelə üstünlük verməklə doğru addım atıb.

F-1.az xatırladır ki, “qırmızılar”ın rəhbəri Mattia Binotto qış testlərindən sonra üstünlüyü Fettelə verəcəklərini desə də, testlərdən sonra hər iki sürücüyə yarışmağa icazə verəcəklərini söyləmişdi.

Alen Prost: “Bu, cəsarətli qərardır. Ferrari kimi komanda sürücülərinin yarışmasına icazə versə, çempion olmaq çətinləşər. Mövsümün əvvəlində diqqətli olub bunları danışmaq daha yaxşıdır. Vəziyyətin necə olduğu bilinər və Lekler rahatlayar.

Amma bizim komandada birinci-ikinci sürücü yoxdur. İkisi də bir nömrəli sürücüdür. Bəzən aralarında rəqabət ola bilər, lakin onlar yetişkən insanlardır. Trasda mübarizə aparmaları problem deyil. Lakin bunu doğru formada etməlidirlər. Problem olmamalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*