Lotus komandasında rəhbər dəyişikliyi təsdiqlənib

Lotus komandası Renault şirkətinin nəzarəti altına keçdikdən sonra rəhbər vəzifələrdə kadr dəyişikliyi rəsmən təsdiq olunub...

Renault Sport-un başçısı  Siril Abitebul və Renault Group-un  maliyyə əməliyyatları şöbəsinin başçısı Tyeri Konye hələ dekabrın 18-də direktorlar şurasında komandanın keçmiş həmsahibi Erik Lyuksu və komandanın sərmayədarı Əndryu Ruhanı əvəz etmişdilər – bu gün bu əvəzləmələr rəsmən təsdiq olunub.

F-1.az bildirir ki, komandaya kimin rəhbərlik etməsi barədə və komandanın strukturu haqqında fevrala təyin olunmuş mətbuat konfransında məlumat veriləcək. Şayiələrə görə, konsernin başçısı Karlos Qon Alen Prostun namizədliyini dəstəkləyir. Dördqat dünya çempionundan başqa Bob Bell və Frederik Vassyörün adları hallanır – sonuncu variant isə daha məntiqli görünür…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*