A.Prost: Həmişə sözümü tutmuşam

Sabiq Formula1 sürücüsü Alen Prost bildirib ki, onun dövründə sosial şəbəkələr olmadığı üçün bəxtəvərdir.

F-1.az xatırladır ki, fransalı sürücü Formula1 karyerası ərzində 4 Dünya Çempionluğu və 51-i qələbə olmaqla 100 podium əldə edib.

O, karyerası ərzində çox çətinliklə üzləşib. Onlardan biri də 1982-ci ildə Renault-da yarışarkən Fransa yarışında komanda yoldaşı Rene Arnounun ona yol verməməsi olmuşdu.

Alen Prost: “Renault ilə çətin dövrlər idi. Hər şey 1982-ci ilin Fransa yarışında başladı. Komanda rəhbərliyi Reneyə demişdi ki, öndə olsaq və Brabham komandasının pilotları mübarizəni dayandırsalar, məni buraxsın. Brabham-in motorları o vaxtlar etibarsız idi. Mən də çempionatda öndə idim. Reneyə bu barədə təlimat verildi və o razılaşdı. Amma məni buraxmadı. Onu başa düşürəm. İşin ucunda qələbə var, ancaq gərək bunu əvvəldən deyərdi. Bunu həzm etmək asan deyildi.

1989-cu ilin İmola yarışında Senna ilə eyni hal təkrarlandı. Bunu qəbul etmək çətindir. Haqsızlığa göz yuma bilmirəm və mən həmişə sözümün üstündə durmuşam. Ətrafımdakı adamların belə olmadığını görmək çox çətindir.

Sizi sevən insanlara sığınırsınız, amma mətbuat sizi rahat buraxmır. Yaxşı ki, o dövrlər sosial şəbəkələr yox idi. Yoxsa dəlixana düşərdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*